ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Kol Minskə səfər çərçivəsində Belarus Prezidenti Lukaşenko ilə görüşü zamanı ona arıqlama dərmanlar təklif edib.
“The Wall Street Journal” məlumatlı mənbəyə istinadən bildirir ki, şam yeməklərindən birində Lukaşenko Kolun aprel ayında son görüşlərindən bəri arıqladığını görüb. Kol isə zarafatla ona arıqlama dərmanı olan “Zepbound” istifadə etdiyini deyib.
Qəzet bildirir ki, şam yeməyində əsasən sanksiyaların yumşaldılması müzakirə edilib. Söhbət zamanı Lukaşenko “Arıqladınızmı?” deyə soruşub. Kol isə ona “bəli” cavabı verərək bunu “Zepbound” istifadə etməsi ilə əlaqələndirib və Lukaşenkoya dərman şirkəti “Eli Lilli”nin bir broşürünü verib.
TAHİR