AZ

Türkiyə şirkəti 3 milyon manata Bakı metrosunda qatarların hərəkət sistemlərinin layihələndirilməsini aparacaq

“Bakı Metropoliteni” qatarların avtomatikası və telemexanika sistemlərini yeniləyir.

Banker.az xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Dərnəgül” Elektrik Deposunun qatarların hərəkətinin avtomatikası və telemexanikası (QHAT) qurğularının, mikroprosessor mərkəzləşdirməsi (MPM), rabitə sistemləri və B4 stansiyasında istiqamətvermə sisteminin layihələndirilməsi xidmətlərini satın alacaq.

Satınalmanı həyata keçirəcək şirkət “Yüksel Proje” MMC olub.

Tərəflər arasında bağlanan müqavilənin dəyəri 2 574 982 manat təşkil edir.

Xatırladaq ki, 1978-də təsis edilmiş Yüksel Proje, 35-dən çox ölkədə mühəndislik, dizayn, məsləhət və nəzarət xidmətləri göstərir.

Seçilən
24
1
banker.az

2Mənbələr