AZ

Pedri onu Çempionlar Liqasında hansı komandanın təəccübləndirdiyini dedi

"Barselona"nın yarımmüdafiəçisi Pedri bu mövsüm UEFA Çempionlar Liqasında onu hansı komandanın təəccübləndirdiyini deyib.

Fanat.Az xəbər verir ki, orta xətt oyunçusunun sözlərini "Esquire" belə çatdırıb:

"Son çempion PSJ kimi "Arsenal" da çox güclü komandadır. "Siti" ilə "Real"ı isə həmişə turnirin qalibi olmağa əsas namizədlərdən sayıram. Çempionlar Liqasında məni ən çox təəccübləndirən isə dostum Trinkanın komandası "Sportinq"dir. Lissabon təmsilçisi çox yaxşı futbol sərgiləyir".

Xatırladaq ki, ÇL-in əsas mərhələsinin 6 turundan sonra "Barselona" 10 xalla 15-ci pillədə mövqe tutub. Eyni xala malik "Sportinq" isə top fərqində Kataloniya təmsilçisini qabaqladığı üçün 14-cü sıradadır.

Nihat
  

Seçilən
5
2
fanat.az

3Mənbələr