Çernobıl Atom Elektrik Stansiyasının direktoru Sergey Tarakanov, stansiyanın sarı örtük kimi tanınan “müdafiə qalxanının” bu ilin əvvəlində baş verən hücumda zədələndiyini və son dərəcə kövrək hala gəldiyini açıqlayıb.
O bildirib ki, əgər raket və ya pilotsuz təyyarə birbaşa ona dəyərsə və ya yaxınlığına düşərsə, bu, mini-zəlzələ effekti yaradacaq: “O zamandan sonra heç kim bu stansiyanın yerində qalacağına zəmanət verə bilməz".
Tarakanov, belə bir çöküşün stansiya üçün ən böyük təhlükə olacağını bildirib.
TAHİR