AZ

“Napoli” “Qarabağ”la oyunda yaşananlara görə cərimələndi – ARENA.AZ

UEFA, Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”la oyunda yaşananlara görə İtaliyanın “Napoli” klubunu cərimələyib.

Arena.az xəbər verir ki, buna UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində Neapolda keçirilmiş matçda yaşananlar səbəb olub.

İtaliya təmsilçisi sözügedən qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə 12 min cərimələnib. Neapol klubu həmçinin azarkeşlərin atəşfəşanlıq etməsi ucbatından 5250 avro ziyana düşüb.

Qeyd edək ki, Neapoldakı “Dieqo Armando Maradona” stadionunda baş tutmuş bu görüş meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə bitmişdi.

Xatırladaq ki, həm “Napoli”, həm də “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin geridə qalmış 6 turundan sonra 7 xal toplayıb. Ağdam klubu 22-ci, Neapol təmsilçisi 23-cü sırada qərarlaşıb. Hər iki komandanın 2 qələbəsi, 1 heç-heçəsi, 3 məğlubiyyəti var.

Seçilən
15
7
arena.az

10Mənbələr