AZ

Bakıda və bölgələrdə güclü külək: narıncı və sarı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti dekabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verib.

Doğru.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək və sürəti saniyədə 20.8-28.4 metrədək çatacaq.

Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Goranboy, Balakən, Zaqatala, Qax, Şəki, Hacıqabul, Sabirabad, Şirvan, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Biləsuvar, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Yevlax, Naftalan, Bərdə, Tərtər, Gəncə, Gədəbəy, Göygöl, Qobustanda isə sarı xəbərdarlığa uyğun qərb küləyi əsəcək, sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

DOĞRU.AZ

Seçilən
10
49
dogru.az

10Mənbələr