Ana və oğul bir gün fərqlə eyni balkondan yıxılaraq ölüblər
Antalya şəhərinin Kəpəz rayonunda 8-ci mərtəbənin eyvanından yıxılaraq həyatını itirən 5 yaşlı A.Y.Ö.-nin ukraynalı anası Yulya Zahadan da eyni eyvandan yıxıldıqdan sonrakı gün dünyasını dəyişib.
Hadisə 22 dekabr tarixində saat 10:00 radələrində Kəpəz rayonunun Yeni Doğan məhəlləsində baş verib. Bazara getmək üçün evdən çıxan anası Yulya Zahadana (45) baxmaq istəyən beş yaşlı A.Y.Ö. səkkizinci mərtəbədəki mənzilin eyvanından yıxılıb. Azyaşlı uşaq xəstəxanaya aparılıb, lakin onu xilas etmək mümkün olmayıb.
Oğlunun ölümündən sonra böyük kədər yaşayan Yulya Zahadan dünən saat 13:00 radələrində eyni eyvandan yıxılıb. Şahidlərin hadisə barədə məlumat verməsindən sonra ünvana qruplar göndərilib.
Ağır vəziyyətdə xəstəxanaya aparılan Zahadanı da xilas etmək mümkün olmayıb. İddialara görə, Zahadan oğlunun ölümündən sonra yaxın ətrafına "Mən onsuz yaşaya bilmərəm" deyib. Polis onun ölümü ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb.
Antalya Məhkəmə Tibbi Ekspertiza İnstitutunda aparılan prosedurlardan sonra ana və oğulun cənazələri bu gün Kurşunlu qəbiristanlığında dəfn edilib.
aia.az
Tərcümə şöbəsi