ain.az bildirir, Mia.az saytına əsaslanaraq.
Son olaraq Türkiyə super liqasında çıxış edən "Gənclərbirliyi"ni çalışdıran Volkan Dəmirəl yeni komanda ilə anlaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Antalyaspor"la prinsip etibarı ilə razılaşıb.
Məlumatda deyilir ki, rəsmi müqavilə imzalanmadan əvvəl isə Volkan klub rəhbərliyindən transfer qadağası ilə bağlı qərarın ləğvini istəyib: "Volan Dəmirəl açıq şəkildə bildirib ki, komandaya yeni oyunçular alınmalıdır. Mövcud heyətə isə heç nə etmək mümkün deyil"
Xatırladaq ki, FİFA "Antalyaspor"a 5 futbolçu transferiinə görə ödənilməmiş borca görə futbolçu alqı-satqısını qadağan edib: "Klubun qadağaya rəvac verən borcu isə 2,5 milyon avrodur. Bu borc ödənilərsə, transfer qadağası dərhal aradan qalxacaq".
Fərid ASLAN
MİA.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.