AZ

Cinayət törətdi - Günahı süni intellektin üzərinə atdı

Türkiyənin Tekirdağ rayonunda platonik sevgilisi olan 27 yaşlı Fatma Özdəmiri və onun dostu 34 yaşlı Barkın Perçini güllələyərək öldürən və aralarında polis də olan 3 nəfəri yaralayan 35 yaşlı Eren Uzuner biri ağırlaşdırılmış olmaqla iki ömürlük həbs cəzasına və 39 il həbs cəzasına məhkum edilib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Uzuner son ifadəsində manipulyasiya edildiyini, zehninin süni intellekt tərəfindən oxunduğunu və bu səbəblə də cinayət törətdiyini iddia edib.

Məhkəmə təqsirləndirilən Eren Uzunerə, Fatma Özdemiri qəsdən öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzası, Barkın Perçini qəsdən öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzası, iki nəfəri qəsdən öldürməyə cəhddə təqsirli bilinərək 34 il və bir nəfəri qəsdən yaralamaqda təqsirli bilinərək 2 il həbs cəzası verdi. Təqsirləndirilən şəxs həmçinin ictimai əmlaka zərər vurmaqda təqsirli bilinərək 2 il və sənədsiz silah saxlamada təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
28
manset.az

1Mənbələr