AZ

Qazaxıstan taleyüklü islahatlar dövrünə qədəm qoyub

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Artıq ölkənin həyatında taleyüklü islahatlar dövrünə qədəm qoymuşuq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Birinci rəhbərdən tutmuş sıravi işçiyə qədər bütün dövlət aparatı bunu dərindən anlamalıdır. Görünməmiş dərəcədə vacib vəzifələri həyata keçirmək üçün yüksək tempi və təşəbbüskarlığı göstərmək lazımdır. Cəsarətli, qeyri-ənənəvi, amma ağlabatan qərarlar qəbul etmək lazımdır. Dövlət qulluğunda qeyri-ciddilik, tənbəllik və məsuliyyətsizliyə yer yoxdur. Xalqa gözəl hesabatlar deyil, konkret hərəkətlər lazımdır. Buna görə də bütün rəhbərlər və vəzifəli şəxslərdən ölkəyə fayda verəcək işlər görmələrini tələb edirəm. Qarşımızda çox iş var”, - Tokayev hökumətin iclasında bildirib./Teleqraf 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
2
bakivaxti.az

3Mənbələr