AZ

“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır TARİX

Marja.az saytına istinadən ain.az xəbər verir.

24 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MJ Financial Services BOKT” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

“MJ Financial Services BOKT” ASC-nin abunə yazılışı 26 dekabr 2025-ci il tarixindən başlayaraq (1 iş günü) davam edəcəkdir.

Qeyd olunan səhmlərin yerləşdirilməsi 29 dekabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  “MJ Financial Services BOKT” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ1001023162

Səhmlərin növü və forması:  Səhmlər sənədsiz adlı, adi

Ticarət üsulu/forması:  Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı:  160 ədəd

İlkin ticarət qiyməti:  30,001 manat

Buraxılış həcmi:  4 800 160 manat

Ticarətə buraxılma tarixi: 29.12.2025

Anderrayter:   "Troni İnvestisiya Şirkəti” QSC

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
1
marja.az

2Mənbələr