AZ

Röyal Nəcəfov "Zaqatala" üzərində qələbəni belə dəyərləndirdi

1-ci Liqanın 12-ci turu çərçivəsində bu gün Buzovnada "Zaqatala"nı 2:1 hesabı ilə məğlub edən "Baku Sportinq" xallarının sayını 25-ə çatdıraraq 2-ci pillədəki yerini möhkəmləndirdi. Sözügedən komandanın məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb qələbəni dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Zaqatala"nın bu liqanın ən təcrübəli komandalarından olduğunu oyundan öncə də qeyd etmişdim. Qarşılaşma gözlədiyimiz qədər ağır keçdi. Oyuna yaxşı başladıq. İki top fərqi ilə önə keçdik. Rəqib 0:2 hesabı ilə məğlub duruma düşsə də, oyundan qopmadı, sonadək mübarizə apardı. Nəticədə sona yaxın qollardan birinin əvəzini çıxdılar. Şükürlər olsun ki, qələbə qazana bildik".

Nihat

Seçilən
6
2
fanat.az

3Mənbələr