Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları “Transneft”in neft kəməri stansiyasında partlayış törətməyi planlaşdırdığı iddia edilən Rusiya vətəndaşını zərərsizləşdiriblər.
KONKRET.az xəbər verir ki, bu barədə FSB-nin İctimai Əlaqələr Mərkəzi məlumat yayıb.
Məlumata görə, həmin şəxs “WhatsApp” messenjeri vasitəsilə Ukraynaya bağlı terror təşkilatının kuratoru ilə əlaqə saxlayıb, “diversiya-terror aktı” hazırlayıb və Rusiyanın müxtəlif regionlarında yerləşən neft-qaz sənayesi obyektləri ətrafındakı vəziyyətlə bağlı məlumatlar toplayıb.
FSB-nin açıqlamasında bildirilir ki, saxlanılma zamanı şübhəli şəxs silahlı müqavimət göstərib və nəticədə təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.
Rəsmiyyə Şərifova,
KONKRET.az