"Fənərbağça" klubu ilk transferini reallaşdırmaq üzrədir.
Milli.Az xəbər verir ki, "sarı-lacıvərdlilər" "Samsunspor"un futbolçusu Antoni Musaba ilə razılığa gəlib. Onunla 4.5 illik müqavilə imzalanıb.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Qeyd edək ki, Musabanın "Samsunspor"la müqaviləsində 5 milyon avroluq sərbəstqalma bəndi var idi.
O, bu ilin yayında Anadolu klubuna transfer olub. 25 yaşlı vinger burada 22 oyuna 6 qol vurmağı bacarıb. (Offsideplus.az)
Milli.Az
Məqaləyə dair fotomateriallar: