AZ

Milli azlıqlar mövzusunun siyasiləşdirilməsi cəhdləri: Separatçı oyunlar Azərbaycanda qarşılıq tapmır- ÖZƏL 

Rusiyanın bəzi radikal dairələri Azərbaycanda qondarma "talış-ləzgi məsələsi"ni süni şəkildə gündəmə gətirməyə çalışır. Dərc olunan hesabatlarda bu xalqların guya əzildiyi iddia edilir və etnik faktor Bakıya qarşı "siyasi təsir aləti" kimi təqdim olunur. Məqalədə vurğulanır ki, Azərbaycanın müstəqilliyinin ilk illərindəki parçalanma cəhdləri və Vətən müharibəsindəki milli birlik bu cür oyunların perspektivsizliyini sübut edib. Moskvanın separatçı meyillərə dəstək verməsinin cavabının ağır olacağı və bu siyasətin Rusiya üçün heç bir fayda verməyəcəyi qeyd olunur.
Bu addımları Rusiyanın növbəti oyunu hesab etmək olarmı? Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 
" Milli azlıqların, o cümlədən talış və ləzgilərin assimilyasiya siyasəti müstəqillik əldə etmiş Azərbaycana Sovet dönəmindən miras qalıb. Bu xalqların milli özünü dərk, milli şüurun formalaşması, dil və mədəniyyətlərinin inkişaf istəyi ilə bağlı məsələlərə Azərbaycan tarixən humanitar və qanunvericilik konteksində yanaşmış, onların öz ana dilində təhsil almaq, milli mədəniyyətlərini inkişaf etdirmək kimi konstitusion hüquqlarına bir qayda olaraq hörmət və sayğı ilə yanaşmışdır. Bununla belə, Azərbaycanda dövlət dili Azərbaycan türkcəsidir və bu mənada adı çəkilən xalqlar milli azlıqlar olaraq yalnız ibtidai səviyyədə ana dilində təhsil almaq hüququna malikdirlər. Bu faktordan isə Azərbaycanda milli məsələnin kəskinləşməsində maraqlı olan bəlli dairələr (onlar Ermənistan, Rusiya İran, hətta Avropa Birliyi ölkələrində məlum prosesləri yönəltmək üçün fəalliyət göstərirlər) rəsmi Bakının guya ki, milli azlıqlarla təhdid dilində davranması kimi cəfəng, gerçəkliklərdən uzaq fikirləri təbliğ və müdafiə edirlər. Azərbaycan ətrafında geosiyasi layihələrdə yer almış bu qüvvələr rəsmi Bakının milli azlıqların muxtariyyət hüququ əldə etmək üçün mübarizə aparan xalqlarla guya ki, qanundan kənar davrandığını iddia edir, əslində isə dövlətçiliyi təhdid edən seperatçı hərəkətlərə maliyyə, siyasi və ideoloji dəstək verməyə çalışırlar. 1993 cu ildə Talış -Muğan respublikası ətrafında chr("39")"stəkanda fırtına" yaradanlar, Sadval vasitəsilə ləzgiləri ayaqda saxlayıb unitar dövlət quruluşunu federatizmlə əvəz etmək istəyənlər əslində ilk günlərdən separatçı "Dağlıq Qarabağ" respublikasına dəstək verənlərlə bir sırada olublar. Lakin, əvvəl Ulu Öndər Heydər Əliyevin, sonra isə onun siyasi varisi prezident İlham Əliyevin uzaq görən və məqsədəyönümlu siyasəti nəticəsində seperatizm,habelə milli məsələnin kəskinləşməsinə nail olmaq  istəyənlərin məkrli niyyətləri baş tutmamış, Azərbaycan isə əksinə multikultiral ənənələri ilə seçilən ölkə imici qazanmışdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
olaylar.az

1Mənbələr