Fransa Prezidenti Emmanuel Makron ABŞ hökumətinin keçmiş Aİ komissarı Tyerri Breton və bir neçə digər avropalıya ABŞ-yə giriş qadağası qərarını qınayıb.
Redaktor.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
"Fransa ABŞ-nin Tyerri Breton və digər dörd Avropalı şəxs üçün viza məhdudiyyəti qərarını pisləyir", - Makron ifadə edib.
O, bunun Aİ-nin rəqəmsal suverenliyinə qarşı "qorxutma və məcburetmə aktı" olduğunu söyləyib.