AZ

Liviyanın Ankarada qəzaya uğrayan təyyarəsinin qara qutusu neytral ölkədə araşdırılacaq

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Liviya nümayəndə heyətini daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı açıqlama verib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir qəza səbəbinin müəyyənləşdirilməsi məqsədilə təyyarənin səs yazan cihazı və uçuş məlumatlarını qeyd edən “qara qutu”nun neytral ölkədə araşdırılacağını bildirib.

Qəzanın səbəbinin müəyyən edilməsi üçün səs-qeyd cihazı və uçuş məlumatlarını qeyd edən cihazın araşdırılması neytral bir ölkədə aparılacaq”, – nazir vurğulayıb.

Qeyd edək ki, Ankaradan Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan bütün şəxslər həlak olub. Qəza zamanı Liviya Baş Qərargah rəisi general Məhəmməd Həddad və onu müşayiət edən şəxslər həyatını itirib. Həlak olanlar arasında quru qoşunlar qərargahının rəhbəri general-leytenant Fituri Qaribil, general-mayor Mahmud Kativi, Liviya Baş Qərargah rəisinin müşaviri Məhəmməd Asaavi Diab, eləcə də Baş Qərargahın Media Ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub yer alır.

Seçilən
14
3
apa.az

4Mənbələr