Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir. Üç kənddə insanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadəyə verilməsi mərasimlərində iştirak etmişəm – Kəngərli, Sarıcalı, Xıdırlı.Bu barədə Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə bildirib.Orada indi bir neçə min insan yaşadığını və bu köç prosesinin davam etdiyini söyləyən dövlətimizin başçısı vurğulayıb: “Bu gün Ağdam şəhərində artıq insanlar yerləşir və bu yaşayış məhəlləsindəki 1268 mənzildə ağdamlılar yerləşəcək”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


