"Karvan-Yevlax" komandasının qış təlim-məşq toplanışının detalları müəyyənləşib.
Aznews.az xəbər verir ki, komanda yanvarın 3-də Yevlaxda toplaşacaq.
Bölgə təmsilçisinin toplanışda 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Artıq rəqiblərdən birinin adına aydınlıq gəlib.
Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 17-də Yevlaxda "Kəpəz"lə qarşılaşacaq. Digər rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.