ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 24 dekabr, AZƏRTAC
Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyevanın ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar onunla görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq əlaqələri, həmçinin gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyevaya ölkəmizdə səlahiyyət müddəti ərzində səmərəli tərəfdaşlığa və əməkdaşlığa görə təşəkkür bildirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.