AZ

Liviya nümayəndə heyəti nəşlərini təhvil almaq üçün Türkiyəyə gəldi

BAKI, 24 dekabr. TELEQRAF

Liviya hərbi nümayəndə heyəti nəşlərini təhvil almaq üçün Ankaraya gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və onu müşayiət edən Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu Liviyadan gələn nümayəndələrə və şəhidlərin ailələrinə qaldıqları hoteldə başsağlığı ziyarətində olublar.

Nazir Yaşar Gülər və Səlcuq Bayraktaroğlu baş vermiş bu ağır qəza ilə əlaqədar dərin üzüntülərini ifadə edərək həm ailələrə, həm də dost və qardaş Liviya xalqına başsağlığı veriblər.

Taziə ziyarəti zamanı Liviya hərbi nümayəndə heyəti üçün Qurani-Kərim oxunub, dualar edilib.

Seçilən
28
teleqraf.com

1Mənbələr