AZ

"Azərbaycan qadınları ilə evlənməyin" - Türk müəllimin sözləri qalmaqal yaratdı - VİDEO

18:58 24.12.2025
18:58 24.12.2025

Türkiyəli riyaziyyat müəlliminin Azərbaycan vətəndaşları ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.

Mynews.az xəbər verir ki, Hamza Duru adlı şəxs sosial media hesabında paylaşdığı videomüraciətində Türkiyə vətəndaşlarını Azərbaycan vətəndaşları ilə ailə qurmaq məsələsində çox ehtiyatlı olmağa çağırıb. O bildirib ki, azərbaycanlılar və türkiyəlilərin dünyagörüşü, həyat tərzi və həyata baxışı bir-birindən ciddi şəkildə fərqlənir və bu səbəbdən qurulan ailələr uzunömürlü olmur:

“Buradan Azərbaycan vətəndaşları ilə ailə qurmağı düşünən Türkiyə vətəndaşlarına səslənirəm, bir daha düşünün. Beş il Azərbaycanda, Naxçıvanda yaşamış biri kimi danışıram. Onlarla dostumuz azərbaycanlı qadınlarla evləndi və demək olar ki, heç biri ailəsini qoruya bilmədi. Onların mədəniyyəti, yaşayış tərzi və həyata baxışı Türkiyə vətəndaşlarından çox fərqlidir. Heç bir halda anlaşa bilmirlər. Bir dostum evliliyinin ikinci-üçüncü ilində boşandı. Səbəbini soruşanda dedi ki, hər il ev əşyalarını dəyişmək üçün israr edirdi və buna maddi cəhətdən gücü çatmırdı. Maraşdan olan başqa bir dostum iki-üç uşaq sahibi olmuşdu, sonradan onların da boşandığını eşitdim. Bakıda evlənən bir dostum isə bir il belə keçməmiş ayrıldı. Təkrar düşünmənizi tövsiyə edirəm, çünki bu evliliklərin altında çox böyük xərclər var və bir çox insan bu yükün altından qalxa bilmir”.


Seçilən
6
6
mynews.az

9Mənbələr