
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb.
Missiya.Az xəbər verir ki, bu barədə nazir özünün "Facebook" hesabında paylaşım edib.
"Dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Toğrul Yaqublu və Təbriz Əmmayevlə Mentorluq proqramı çərçivəsində növbəti dəfə görüşdük. Gənclərin fərdi və peşəkar inkişaf sahəsində əldə etdikləri səriştələr, müsabiqənin karyera irəliləyişi baxımından yaratdığı üstünlüklər və yeni imkanlar barədə danışdıq", - nazir yazıb.