AZ

"Karvan-Yevlax"ın qış hazırlıq planı

"Karvan-Yevlax"ın qış hazırlıq planı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, “Neftçi” ilə dekabrın 20-də keçirilən oyundan sonra istirahətə buraxılan klub yanvarın 3-də Yevlaxda toplaşacaq. Komandanın toplanışı çərçivəsində 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur.

Artıq rəqiblərdən birinin adına aydınlıq gəlib. Belə ki, Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 17-də Yevlaxda "Kəpəz"lə qarşılaşacaq. Digər rəqibin adına isə yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, klub 2026-ci ildə ilk rəsmi oyununu Misli premyer-liqasının 17-ci turu çərçivəsində yanvarın 25-də səfərdə “Sabah”a qarşı keçirəcək.

Seçilən
16
2
football-plus.az

7Mənbələr