UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”la matçda olanlara görə “Napoli”ni cərimələyib.
NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, buna sözügedən oyunda ictimai keçidlərin bağlanması, həmçinin azarkeşlərin qayda pozuntuları səbəb olub.
İtaliya klubu ictimai keçidlərin bağlanmasına görə 12 min avro, azarkeşlərin atəşfəşanlığına görə isə 5250 avro cərimələnib.
Qeyd edək ki, sözügedən görüşdə “Napoli” 2:0 hesablı qələbə qazanıb.