AZ

Yer planetinin daha bir sirri açılıb

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Alimlər 4,5 milyard il əvvəl Yer üzündə mövcud olan bütün suyun harada saxlandığını müəyyən ediblər.

Reyting.az-ın məlumatına görə, elmi araşdırmalar göstərir ki, Yer kürəsi formalaşdığı ilkin dövrlərdə tamamilə maqma okeanı ilə örtülü olub. Məhz həmin mərhələdə kosmosdan kometaların intensiv “bombardmanı” baş verib və bu proses Yerin səthini, eləcə də daxili qatlarını uzun müddət ərimiş vəziyyətdə saxlayıb.

“Wionews” nəşri yazır ki, belə ekstremal şəraitdə suyun harada mövcud olması uzun illər alimlər üçün müəmmalı qalıb. Tədqiqatçılar bu suala cavab tapmaq üçün uzun müddət araşdırmalar aparıblar. Artıq bu sualın cavabını tapdıqlarını iddia edən Çin Elmlər Akademiyasının əməkdaşı, Quançjou Geokimya İnstitutunun professoru Çjisüe Duya görə, suyun çox böyük hissəsi Yer mantiyasının dərin qatlarında tam “kilidlənmiş” vəziyyətdə olub.

Alimin sözlərinə görə, mantiyada geniş yayılmış müəyyən mineral strukturlar planetin bərkiməsi mərhələsində mikroskopik “su anbarı” funksiyasını yerinə yetirib. Məhz bu daxili su ehtiyatı Yer kürəsinin alovlar içində qovrulan bir planetdən canlı həyat üçün əlverişli mühitə çevrilməsində həlledici rol oynayıb.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
reyting.az

1Mənbələr