AZ

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2026-cı ildən gömrük vergi güzəştləri aradan qaldırılacağı üçün hazırda hibrid və elktrik mühərrikli avtomobillərin qiymətləri təqribən 8-10 faiz bahalaşıb.

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, gələn il Azərbaycana 100 minin üzərində yeni avtomobil gətiriləcəyi ehtimal olunur:

"2026-cı il bu növ avtomobillərə 18 faiz əlavə dəyər vergisi tətbiq olunacağı üçün ilkin dövrdə 20 faiz bahalaşmanın olacağı proqnozlaşdırılır. Bu, yeni avtomobillərə şamildir.

Köhnə ikinci əl avtomobil bazarında müəyyən durğunluq mövcuddur. Fikrimcə, yeni avtomobil bazarında qiymətlər kəskin bahalaşarsa, əhalinin əksəriyyəti məhz ikinci əl avtomobillərə müraciət edəcəklər. Bu da qiymət baxımından əlverişli olduğu üçün baş verəcək.

Lakin avtomobillərin qiymətinin bahalamasına təsri edən digər amillər də var. Belə ki, metalın qiymətinin bahalaşması. böyük dövlətlərin bir-birinə qarşı müəyyən iqtisadi sanksiyalar tətbiq etməsini missal göstərmək olar. Bütün bunları nəzərə alaraq avtomobil qiymətləri region dövlətlərinin qiymətlərinə uyğunlaşacaq. Azərbaycanla müqayisədə Türkiyədə avtomobil qiymətləri dövlətin tətbiq etdiyi vergilərə görə daha baha satılır".

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
1
baku.ws

2Mənbələr