AZ

Reşford: “Barselona”da qalmaq istəyirəm

Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan və icarə əsasında “Barselona”da çıxış edən Markus Reşford gələcəyi ilə bağlı açıqlama verib.

Apasport.az xəbər verir ki, ingiltərəli forvard Kataloniya klubunda qalmaq istədiyini açıq şəkildə ifadə edib:

“Gələcəyim? Mən “Barselona”da qalmaq istəyirəm. Bu, mənim məqsədimdir. Amma məni daha çox çalışmağa vadar edən əsas səbəb bu deyil. Əsas məqsəd qələbələr qazanmaqdır. “Barselona” titullar üçün yaradılmış böyük və möhtəşəm klubdur”.

Qeyd edək ki, 28 yaşlı hücumçu bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 24 oyunda 7 qol vurub və 11 məhsuldar ötürmə edib.

"Napoli" də "Qarabağ"la oyuna görə cərimələnib

"Atletik" "Qarabağ"la oyunda azarkeşlərin davranışına görə cəzalandırılıb

Almaniya millisinin sabiq üzvü faciəvi şəkildə həlak olub

“Barselona” mərkəz müdafiəçisi axtarışındadır: üç namizəd var

Braziliya millisinin üzvü karyerasını vətənində davam etdirəcək

Seçilən
15
apasport.az

1Mənbələr