Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyalı həmkarı Li Ce Muna Ağ Evin qızıl açarını təqdim edib.Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Koreya Respublikası Prezident Administrasiyasının Katibliyinin rəisi Kanq Hun məlumat verib. Kanq Hun bildirib ki, Tramp bu yaxınlarda etimadnaməsinin təqdim edilməsi mərasimində Vaşinqtondakı yeni Cənubi Koreya səfiri ilə danışıb."Amerika lideri oktyabr ayında Koreya Respublikasına səfəri zamanı dəyərli bir hədiyyə aldığını və qarşılığını vermək istədiyini söyləyib. Ağ Evin beş qızıl açarından sonuncusu hazırlanaraq prezidentimizə verilib", - deyə Kanq Hun bildirib.Qeyd edək ki, oktyabrın sonlarında Koreya prezidenti Trampa qədim Koreya krallığının Silla tacının qızılla örtülmüş surətini təqdim edib və həmçinin ona ölkənin ən yüksək dövlət mükafatı olan Muqunqva ordenini verib.Şeyda
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.