AZ

“Neftçi”nin legioneri ürəyini bizə açdı: “Çətin durumdayam, nə edəcəyimi bilmirəm”

“Neftçi”də ən az şans qazanan legioner Alessio Kurçidir.

Lüksemburq millisinin hücumçusu “Sumqayıt”la səfər qarşılaşmasında komandasının qələbə qazanmasına qolla töhfə vermiş, “Zirə”ylə rəqib meydanındakı matçda qol ötürməsi ilə yadda qalmışdı.

Bir müddət zədəyə görə yaşıl meydanlardan uzaq qaldı, qayıdan sonra keçmiş baş məşqçi Samir Abasovdan üz görmədi.

Yuri Vernidubun gəlişindən sonra Kurçi “Sumqayıt”la dueldə 6, “Karvan-Yevlax”la matçda 22 dəqiqə şans qazanan 23 yaşlı futbolçu cari Premyer Liqa mövsümündə ümumilikdə 9 qarşılaşmada 176 dəqiqə meydanda olub.

Alessio nə baş verdiyini anlaya bilmir. Və düşdüyü vəziyyətə görə özünü xoşbəxt saymır. Buna baxmayaraq, gələcəyə nikbin baxır.

Səbəbkar ürəyini Sportinfo.az-a verdiyi açıqlamada boşaldıb:

“Hamı kimi hər gün məşq edir, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Əvvəlki baş məşqçinin mənə güvənməməsinin səbəbini bilmirəm.

Bu barədə heç vaxt onunla danışmamışdım.Yeni çalışdırıcı gəlib, o, mənə az da olsa güvənir.

Gələcəkdə nə olacağını zaman göstərəcək. Həmişəki qaydada məşqlərimi edib, oyunlara hazırlaşacağam.

Vəziyyətimin yaxşıya doğru dəyişəcəyinə ümid edirəm. Çox çətin durumdayam, nə deyəcəyimi bilmirəm.

Həqiqətən ağır vəziyyətdir. Ancaq yenə də yaxşı olacağına ümid edirəm”.

Leksemburq seçməsində 19 oyunda 1 qol vuran Kurçi “Neftçi”yə qədər Almaniyada “Mayntz 05”in əvəzedici komandasında çıxış edib, Belçikada “Francs Borains”də legioner həyatı yaşayıb.

HƏBİB

Seçilən
18
sportinfo.az

1Mənbələr