Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Liverpul" klubu yanvar transfer pəncərəsində "Tottenhem"in 19 yaşlı isveçli ulduzu Lukas Berqvalı heyətinə qatmaq üçün rəsmi addım atıb.
Fanat.Az xəber verir ki, "Fichajes" nəşrinin yaydığı məlumata görə, "mersisaydlılar" gənc yarımmüdafiəçi üçün təxminən 60 milyon avro (52.5 milyon funt-sterlinq) dəyərində təklif hazırlayıblar.
Lakin "Tottenhem" rəhbərliyi gənc istedadı satmaq niyyətində deyil və onun dəyərini 120 milyon avro olaraq qiymətləndirir. 2031-ci ilə qədər müqaviləsi olan Berqval bu mövsüm London təmsilçisinin heyətində həm Premyer Liqa, həm də Çempionlar Liqasında mühüm oyun təcrübəsi qazanıb. Yanvar ayında tərəflər arasında danışıqların hansı istiqamətdə davam edəcəyi futbol dünyasının diqqət mərkəzindədir.
Kamil Xudiyev
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.