AZ

“Xalq da bilir ki, hansı yuvanın quşudur” - Rəşid Mahmudov Elza Seyidcahana cavab verdi

"O, şeirləri ilə kimin ağzını tikir? Guya şair olub. Şeir yazmağın öz mənaları var".

Milli.Az xəbər verir ki, bunu "Yeni Sabah"a açıqlamasında tanınmış alim, tibb elmləri namizədi Rəşid Mahmudov deyib.

Əməkdar artist Elza Seyidcahanla aralarındakı gərginliyə münasibət bildirən R.Mahmudov söyləyib ki, xalq onları yaxşı tanıyır:

"Məni ona qarşı, onu da mənə qarşı qızışdırırlar. Yaxşı jurnalist olmaq lazımdır. İnsanları dalaşdırmaqla heç nə əldə etmək olmaz. O da nə deyir desin. Mən bilirəm, xalq da bilir ki, hansı yuvanın quşudur".

Qeyd edək ki, Rəşid Mahmudov bir neçə gün öncə E.Seyidcahanla bağlı qalmaqallı açıqlama verib. Həkim verilişlərin birində bəstəkar-müğənnini dəli adlandırıb:

"Elza Seyidcahanda dəlilik əlamətləri, özünü böyütmək ideyaları var. Kimdə özünü böyütmək ideyası varsa, bu şizofreniyanın manyakal formasıdır".

Elza Seyidcahan isə cavab olaraq bildirib:

"Dəli olum, amma qaranlıqdan baxanlara işıq olum. Axı Elza Seyidcahan öncədən hər şeyi zərgər dəqiqliyində şeirlərinin vasitəsi ilə deyib. Onlara büsbütün "Tikim", "Sapım" şeirlərində cavab var. Çox diqqətlə, yaxş-yaxşı oxusunlar. Onlar özləri özlərini təhqir edirlər. Məni isə... "Aşılanıram", yəqin Allah məni daha yüksək, şərəfli rəflərə hazırlayır. "Tikin məni qūbbələrdə"

Mən qaranlıqda həqiqətəm. Ölün, utanın, yerə girin. Yazıqsınız. Öz yazıqlığınızı göstərirsiniz. Biz bir gündə 3 dəfə libasımızı başdan-ayağa dəyişirik. Siz bəlkə aylarla üzünüzü yumursunuz. Amma gəlib xalqa millət deyirsiniz. Ölün, utanın, yerə girin. Ölmüsünüz, xəbəriniz yoxdur".

Milli.Az
 

Seçilən
11
6
milli.az

7Mənbələr