Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
NOCOMMENT.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Cənab Prezident.
Zati-alinizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Zati-alinizin strateji uzaqgörənliyi və uğurlu dövlətçilik fəaliyyəti bölgəmizdə sülhün, sabitliyin və gələcəyə inamın möhkəmlənməsinə mühüm töhfələr vermişdir. Bu proses güclü dövlətçiliyin və milli birliyin eyni məqsəd ətrafında necə davamlı uğura çevrilə biləcəyini əyani şəkildə nümayiş etdirdi.
Sizin rəhbərliyinizlə Azərbaycan milli birlik, qətiyyətli iradə və güclü dövlət anlayışının parlaq nümunəsini ortada qoymuşdur. Bu mövqe türk dünyası üçün ruhlandırıcı yol xəritəsi rolunu oynayır.
Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı və rifah, ali dövləti vəzifənizdə daha böyük uğurlar arzulayıram”.