İtaliyanın "Milan" klubu müdafiə xəttindəki problemləri həll etmək üçün "Borussiya Dortmund"un təcrübəli oyunçusu Niklas Süle ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, "Sky Italia"nın məlumatına görə, "rossonerilər" 30 yaşlı almaniyalı müdafiəçini heyətinə qatmaq üçün artıq ilkin təmaslara başlayıb.
Müdafiənin həm mərkəzində, həm də sağ cinahında çıxış edə bilən Sülenin təcrübəsi "Milan" rəhbərliyi üçün əsas amillərdən biri hesab olunur.
Hazırda Dortmund təmsilçisi ilə 2026-cı ilə qədər müqaviləsi olan futbolçunun İtaliyaya transfer ehtimalı yanvar ayında dəqiqləşəcək.
Kamil Xudiyev