AZ

Ukraynalılar tərəfindən öldürülən rus generallarının sayı açıqlanıb...

..."Bild" nəşrinin 23 dekabr tarixli xəbərinə görə, 2022-ci ilin fevral ayında Rusiya qoşunlarının Ukraynaya tammiqyaslı hücumu zamanı 12-18 rus generalı öldürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, qəzet qeyd edir ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Təlimi İdarəsinin rəisi general-leytenant Fanil Sarvarovun 22 dekabrda Moskvada öldürülməsi rus generallarının ən azı 12-ci ölümü olub.

Alman jurnalistləri qeyd edirlər ki, rus generalları əsasən 2022-2023-cü illərdə cəbhədə öldürülüblər. Onların məlumatlarına görə, ilk general Andrey Suxovetski (general-mayor) 28 fevral 2022-ci ildə Kiyev bölgəsində Qostomel uğrunda döyüş zamanı snayper tərəfindən öldürülüb (digər versiyalarda onun ölümü Çerniqov bölgəsində qeyd olunur). ...Ukrayna qoşunları Qərb peykləri tərəfindən yerləri açıqlanan rus generallarını xüsusi olaraq ovlamağa başlayıblar.Aşkarlandıqları təqdirdə, raket zərbələri ilə hədəfə alınıblar. Məsələn, general-leytenant Oleq Tsokov 11 iyul 2023-cü ildə öldürülüb, - deyə media orqanı bildirir.

Nəşr qeyd edir ki, Ukrayna kəşfiyyat xidmətləri partlayıcı qurğulardan istifadə edərək arxa cəbhədə bəzi rus generallarını da "məhv edib".

Xüsusilə, 2025-ci ilin aprel ayında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalik Moskva yaxınlığındakı mənzil binasının yaxınlığında baş verən partlayışda həlak olub.

Əli Babayev

Seçilən
27
1
sia.az

2Mənbələr