AZ

"Qazi qardaşıyam" dedi, vətəndaşlardan pul aldı - Həbs olundu

Bakıda özünü qazi qardaşı kimi təqdim edib, müxtəlif şəxslərdən pul alan Nürəddin Quliyev həbs edilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, narkoloji ekspertiza nəticəsində 1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş Nüərddin Quliyevin sidiyində metamfetamin də aşkar edilib. 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, Nüərddin Quliyev 18 dekabr 2025-ci il tarixdə saxlanılıb. Saxlanılmasına səbəb özünü qazi qardaşı kimi təqdim edərək müxtəlif şəxslərdən pul istəməsi olub. 

Təqsirləndirilən şəxs etdiyi hərəkəti səhv olduğunu etiraf edib və 2 yaşlı övladına, qarşıdan Yeni il bayramı gəldiyinə görə cərimə növündə cəza təyin edilməsini məhkəmədən xahiş edib. 

Məhkəmənin hökmü ilə o, bir aylıq həbs edilib.

Seçilən
23
2
avtosfer.az

3Mənbələr