AZ

Netanyahu İsrailin planlarını açıqladı

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin silah istehsalında müstəqilliyi artırmaqla bağlı planlarını açıqlayıb.

"Ölkə.az" xəbər verir ki, o, bunu İsrail Hərbi Hava Qüvvələri pilotlarının buraxılış mərasimində deyib.

"Mən müdafiə və maliyyə nazirləri ilə birlikdə müstəqil sursat istehsalını yaratmaq üçün növbəti onillik üçün 108 milyard dollar məbləğində vəsaiti təsdiqlədim", - o bildirib.

Baş nazir qeyd edib ki, yəhudi dövləti ABŞ, Böyük Britaniya və Almaniyanın İsrailə silah verilişinə məhdudiyyətlər tətbiq etməsindən sonra bütün tədarükçülərdən, o cümlədən müttəfiqlərdən asılılığı azaltmağa çalışır. Eyni zamanda, o vurğulayıb ki, Almaniya da daxil olmaqla bir çox ölkə İsrailin silah sistemlərini almağa maraq göstərir.(Report)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
4
olke.az

5Mənbələr