AZ

Bakı-Sumqayıt yolunda yanan sərnişin avtobusunun sürücüsü o andan DANIŞDIVİDEO

Hərəkətdə olan avtobus qəfildən alovlanıb... Əraziyə dərhal yanğınsöndürənlər cəlb olunub...

Xezerxeber.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Alovlanan 9 nömrəli sərnişin avtobusunun sürücüsü bildirib ki, hadisə zamanı nəqliyyat vasitəsində heç kim olmayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın söndürülüb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
5
1
xezerxeber.az

2Mənbələr