“Qarabağ”ın futbolçusu matça çıxmaqdan imtina edib.
KONKRET.az Apasport.az-a istinadən xəbər verir ki, icarə əsasında “Zaqatala”da forma geyinən Amin Ramazanov oyuna çıxmayıb.
O, I Liqanın XII turunun “Baku Sportinq”lə görüşü üçün Buzovna qəsəbəsinə yollansa da, son anda fikrini dəyişib. Qolkiper meydançanın vəziyyətini gördükdən sonra oyuna çıxmamağa qərar verib.
Nəticədə Ramazanov komanda ilə məşqə çıxmayıb. Hətta o, “Zaqatala”nın matçını da izləməyib. Məşq zamanı stadionu tərk edib.
Qeyd edək ki, oyun “Baku Sportinq”in 2:1 hesablı qələbəsi ilə nəticələnib.