Ötən illərin əfsanəvi futbolçusu Zinəddin Zidan oğlu Luka Zidanı izləmək üçün Mərakeş tribunalarında görüntülənib.
QOL.az xəbər verir ki, o, Afrika Millətlər Kuboku çərçivəsində keçirilən Əlcəzair - Sudan (3:0) matçını tribunadan izləyib. Sabiq futbolçunun oğlu Luka Zidan isə Əlcəzair millisinin qapısını qoruyub və matç boyunca qapısını toxunulmaz saxlayıb.
Xatırladaq ki, 27 yaşlı futbolçu daha əvvəl Fransanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. 2020-ci ilin aprelində Luka Zidanın Əlcəzairdə oynaya biləcəyi barədə razılıq əldə olunub və o, 2025-ci ilin payızında - oktyabrın 14-də millidə debüt edib.
Qeyd edək ki, cari mövsümdə Luka Zidan çıxış etdiyi "Qranada"nın heyətində 14 oyuna çıxıb və bunlardan 3-də qapısını toxunulmaz saxlayıb. O, həmin müddətdə ümumilikdə 18 qol buraxıb.
