AZ

“Fənərbağça” klubunun prezidenti yenidən saxlanıldı

“Fənərbağça” klubunun prezidenti Sadettin Saran Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində yenidən saxlanılıb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” telekanalına məlumat yayıb.

Bildirilir ki, İstanbul Vilayət Jandarmeriya Komandanlığı əməkdaşları iş üzrə yeni dəlillərin ortaya çıxması səbəbindən Saranı saxlayıblar.

O, narkotik maddənin təmin edilməsi, narkotikdən istifadəni asanlaşdırma və narkotikdən istifadə ittihamları ilə saxlanılıb.

Qeyd edək ki, Saran eyni təhqiqat çərçivəsində bir neçə gün əvvəl saxlanılmış və narkotik testindən keçdikdən sonra sərbəst buraxılmışdı.

Seçilən
46
3
konkret.az

4Mənbələr