AZ

Zidan oğlunun komandasına azarkeşlik etmək üçün stadiona gedib FOTO

ain.az bildirir, Idman.biz portalına istinadən.

Fransalı məşqçi Zinəddin Zidan 2025-ci il Afrika Millətlər Kubokunun Əlcəzair-Sudan matçında (3:0) tribunada olub.

İdman.Biz xəbər verir ki, onun oğlu, qapıçı Luka Zidan Əlcəzair milli komandasında oynayır.

27 yaşlı qapıçı Fransanın gənclər komandalarında oynayıb. 2020-ci ilin aprel ayında Əlcəzair milli komandası ilə Luka Zidan arasında razılıq əldə olunub. Razılığa əsasən Luka Zidan Əlcəzair milli komandasının qapısını qorumağa qol qoyub.

2025-ci ilin payızında oyunçu Əlcəzair milli komandasında oynamaq üçün öz klubundan (“Qranada”) icazə alıb və 14 oktyabrda komandada debüt edib.

Bu mövsüm Luka “Qranada”da 14 oyun keçirib və onların üçündə qapısını toxunulmaz saxlayıb. Ümumilikdə qapıçı 18 qol buraxıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
1
icma.az

2Mənbələr