AZ

Gürcüstan Dəmir Yollarının genişmiqyaslı modernləşdirmə layihəsi başa çatıb

Bakı. Trend:

Gürcüstan Dəmir Yollarının genişmiqyaslı modernləşdirmə layihəsidəmir yollarının tutumunu əhəmiyyətli dərəcədə artırıb, istismarxərclərini azaldıb, təhlükəsizliyi gücləndirib və sərnişinlərinrahatlığını yaxşılaşdırıb.

Trend xəbər verir ki, busözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan DəmirYollarının modernləşdirmə layihəsinin başa çatmasına həsr olunmuştədbirdə çıxışı zamanı söyləyib.

O bildirib ki, bu, sadəcə infrastrukturun modernləşdirilməsideyil, Gürcüstanın öz gələcəyini, iqtisadi gücünü və qlobalproseslərdə layiqli yerini təmin etmək üçün etdiyi açıq siyasi vəstrateji seçimdir.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan Dəmir Yolları bugün 21-ci əsrin çağırışlarına, texnoloji standartlara və qlobalticarətin yeni reallığına cavab olaraq yeni bir mərhələyə qədəmqoyur.

"Dəmir yolu həmişə Gürcüstanın dövlətçiliyinin, iqtisadiyyatınınvə əlaqəsinin mühüm sütunu olub. 1872-ci ildə qurulan GürcüstanDəmir Yolları bu gün, 153 ildən sonra, yeni bir mərhələyə - 21-ciəsrin çağırışlarına, texnoloji standartlara və qlobal ticarətinyeni reallığına cavab verən bir mərhələyə qədəm qoyur", - deyə Başnazir vurğulayıb.

Hökumət başçısının sözlərinə görə, layihə çərçivəsində yenikörpülər və tunellər, 100-dən çox mühəndislik qurğusu, təxminən 100kilometr uzunluğunda yeni yollar tikilib, beynəlxalq standartlarauyğun təhlükəsizlik sistemləri quraşdırılıb.

Seçilən
8
3
az.trend.az

4Mənbələr