AZ

İmişlidə Prezident İlham Əliyevin doğum günündə ağacəkmə aksiyası keçirilib

İmişli rayonunda Prezident cənab İlham Əliyevin doğum günündə ekoloji mühitin yaxşılaşdırılması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə ağacəkmə aksiyası təşkil olunub. İmişli rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən aksiyada İmişli rayonunun Göbəktala kəndində Vətən müharibəsi şəhidi Səfərli Əmrah Çingiz oğlunun adını daşıyan küçə boyunca sərv ağacları əkilib. 
      Ağacəkmə aksiyasında İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhidimizin ailə üzvləri, eləcə də  rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Həyata keçirilən aksiya zamanı qeyd olunan ərazidə 200-dən çox ağac əkilmiş, yeni əkilən tinglər suvarılmış və onlara aqrotexniki qulluq göstərilmişdir.
     Qeyd edək ki, aksiyanın təşkilində əsas məqsəd ətraf mühitin və meşə zolaqlarının qorunmasına diqqətin artırılması, rayon ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi, ekoloji tarazlığın daha da yaxşılaşdırılması və təbiətin mühafizəsinə töhfə verilməsidir.

Seçilən
1
1
yeniazerbaycan.com

2Mənbələr