AZ

Sadettin Saran yenidən saxlanıldı: həbs oluna bilər

Sadettin Saran yenidən saxlanıldı: həbs oluna bilər

"Fənərbaxça" klubunun prezidenti Sadettin Saran narkotik maddə əldə etmə, narkotik istifadəsini asanlaşdırma və narkotik maddə istifadə etmə ittihamları ilə İstanbul Vilayət Jandarma Komandanlığının əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Qaynarinfo türk mediasına istinadla xəbər verir.

Xatırladaq ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Sadettin Saran xaricdən Türkiyəyə qayıdaraq ifadə verib.

Məhkəmə-Tibbi Ekspertiza Qurumuna göndərilən Saranın narkotik testinin aparılması üçün saç və qan nümunələri götürülüb, həmçinin onun yaşadığı ünvanda axtarış aparılıb.

Xaricə çıxış qadağası tədbiri ilə sərbəst buraxılan Sadettin Saranın saç nümunəsində narkotik testinin müsbət nəticə verdiyi, qan, sidik və dırnaq nümunələrində isə nəticələrin mənfi olduğu müəyyən edilib.

Hazırlanan hesabat istintaqın aparıldığı İstanbul Respublika Baş Prokurorluğu-na təqdim olunub.

Sadettin Saran sosial şəbəkə hesabında verdiyi açıqlamada narkotik maddə istifadə etmədiyini bildirib. O, yaxın zamanda rəsmi müraciət edərək yenidən test aparılmasını tələb edəcəyini qeyd edib. Saranın özəl bir mərkəzdə təkrar test verdiyi də bildirilib.

Axşam saatlarında Sadettin Saran iki ayrı ittiham üzrə İstanbulda yenidən saxlanılıb.

Seçilən
10
1
afn.az

2Mənbələr