AZ

Nigeriyada məsciddə partlayış törədildi

BAKI, 24 dekabr. TELEQRAF

Nigeriyanın şimal-şərqində məsciddə axşam namazı zamanı partlayış baş verib.

Teleqraf xəbər verir ki, Borno ştatının paytaxtı Mayduquri şəhərindəki əsas Qamboru bazarındakı məscidə yerləşdirilən partlayıcı qurğular namaz vaxtı partlayıb.

Partlayış yerli vaxtla təxminən saat 19:00-da baş verib. Tələfatla bağlı məlumatlar dəqiqləşdirilir.

Seçilən
80
teleqraf.com

1Mənbələr