AZ

Həbs edilən şəbəkə haqda şok iddialar

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində iştirak etmiş vəzifəli şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir.

Son həbslər ölkədə formalaşmış “paralel iqtisadiyyat”ın sarsıdılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Bu prosesin iqtisadiyyatı bürüyən monopoliyaların və qara dövriyyənin azalmasına, eyni zamanda korrupsiya, qaçaqmalçılıq və rüşvət zəncirinin əsas halqalarının zəifləməsinə təsir göstərəcəyi gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan iqtisadçı iqtisadçı ekspert Turab Rzayev məsələyə belə münasibət bildirib:

“Hazırda aparılan anti-korrupsiya tədbirlərinin miqyası kifayət qədər genişdir. Bu proses müəyyən mənada Türkiyədə baş vermiş “Susurluq qalmaqalı”nı xatırladır. Söhbət yüksək vəzifəli şəxslərdən gedir. Görünən odur ki, bir neçə iri qurumu əhatə edən şəbəkə ifşa olunub. Saxlanılan və həbs edilən şəxslər yüksək rütbəli məmurların, nüfuzlu ailələrin övladları, qohumlarıdır. Bu da onu göstərir ki, prokurorluq orqanlarının əlində kifayət qədər geniş məlumat bazası mövcuddur. Əks halda, bu qədər böyük və rezonans doğuran həbs dalğası baş verə bilməzdi.

Bundan əvvəl də oxşar hallar yaşanmışdı. Təhlükəsizlik orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində ciddi fiqurların həbs edildiyinin şahidi olmuşduq.

Seçilən
52
publika.az

1Mənbələr