AZ

Peşə-əmək Reabilitasiyası Mərkəzinə mediatur təşkil edilib

Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə mediatur təşkil edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a verilən məlumata görə, media nümayəndələri müəssisədə yaradılan şəraitlə və əlilliyi olan gənclərə göstərilən xidmətlərlə yaxından tanış olublar.

Mediatur iştirakçılarına məlumat verilib ki, mərkəzdə 15-29 yaşarası əlilliyi olanların müxtəlif peşələr üzrə peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir.

Onlar 3-6 aylıq kurslarda kompüter istifadəçisi, montaj operatoru, bədii oyma, xalçaçılıq, dərzilik, kişi və qadın bərbəri, toxuculuq, aşpaz köməkçisi, rəssamlıq, dulusçuluq və manikür üzrə peşə bacarıqlarına yiyələnirlər. Kursları uğurla bitirənlərə peşə şəhadətnamələri verilir və əmək bazarına çıxış üçün dəstək göstərilir.

Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, gündəlik qida, sosial-psixoloji və tibbi-sosial xidmətlərlə təmin olunurlar. Müəssisədə gənclər peşə kursları ilə yanaşı, musiqi dərnəyi, dizayn dərnəyi, stolüstü oyunlar, paralimpiya idman məşqlərinə də cəlb edilirlər.

Onu da qeyd edək ki, bu il mərkəzdə daha 445 nəfərə xidmət göstərilib. Onlardan 369 nəfəri peşə hazırlığı kurslarına, 76 nəfəri sosial reabilitasiya cəlb edilib. Hazırda burada əlilliyi olan 130 gəncə müxtəlif sosial xidmətlər göstərilir.

Agentlik tərəfindən mütəmadi olaraq mərkəzin yetirmələrinin əl işlərindən ibarət satış sərgiləri də təşkil olunur. Həmin tədbirləri təşkil etməkdə məqsəd əlilliyi olan gənclərin yaradıcılıq bacarıqlarını geniş ictimaiyyətə tanıtmaq, cəmiyyətə inteqrasiyasını, eləcə də iqtisadi müstəqillik və özünəinamlarını gücləndirməkdir.

Seçilən
4
3
hafta.az

4Mənbələr