AZ

ABŞ Venesuela sahillərinə hərbi qüvvə göndərir

ABŞ və Venesuela arasındakı siyasi gərginliklə bağlı yeni iddia irəli sürülüb.Metbuat.az xəbər verir ki, Vaşinqton administrasiyasının hərbi qoşun və avadanlıq daşımaq üçün istifadə edilən C-17 təyyarələrini dəfələrlə Karib dənizi bölgəsinə göndərdiyi iddia edilir. “New York Times” qəzetinin araşdırdığı uçuş məlumatlarına görə, C-17 yük təyyarələri ABŞ bazalarından Puerto Rikoya uçuşlar həyata keçirib.

C-17 təyyarələrinin Nyu Meksiko, İllinoys, Vermont, Florida, Arizona, Yuta, Vaşinqton ştatları və Yaponiyadakı bazalardan Puerto Rikoya uçduğu bildirilir, lakin bu uçuşlarda daşınan əsgərlərin və ya digər avadanlıqların sayı barədə məlumat yoxdur.

Seçilən
52
1
metbuat.az

2Mənbələr