AZ

Zlatan İbrahimoviç Həbib Nurməhəmmədovla qol güləşdirib FOTO/VİDEO

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Milan”, “Barselona”, “Ayaks” və İsveç yığmasının keçmiş hücumçusu Zlatan İbrahimoviç və “Monako”nun ulduz yarımmüdafiəçisi Pol Poqba məşhur rusiyalı qarışıq döyüş ustası və yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovla görüşüblər.

İdman.Biz xəbər verir ki, sosial mediada onların görüşündən maraqlı kadrları yayılıb. Kadrlardan birində Zlatan İbrahimoviçin Həbib Nurməhəmmədovla qol güləşdirdiyi görünür.

Rusiyalı “qartal”ın son döyüşü 24 oktyabr 2020-ci ildə Əbu-Dabi (BƏƏ) yaxınlığındakı Yas adasında keçirilən UFC 254-də olub. Onun rəqibi müvəqqəti UFC yüngül çəki çempionu Castin Qetji olub. Döyüş rusiyalı idmançının ikinci raundda boğucu qələbəsi ilə başa çatıb. Bu, Nurməhəmmədovun karyerasındakı 29-cu qələbəsi idi. Döyüşdən sonra Həbib qarışıq döyüş sənətlərindən ayrıldığını elan edib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
icma.az

2Mənbələr